Bürclər haqqında ümumi məlumat

12 Bürc və onların simvolları

12 bürc və onların simvolları

Elmi əsas

Bürc, astronomik olaraq, göy üzündə yerləşən 12 ulduz qrupuna verilən addır. Astronomiyanın tədqiqat obyekti olan bu qrup ulduzları ilə qərb Astrologiyasının heç bir əlaqəsi yoxdur. Qərb Astrologiyası mövsümləri, gün və gecə uzunluqlarının bərabər olduğu günləri və günəş mövqelərini nəzərə alaraq tərtib edilib (Qoç – bahar, Tərəzi – payız, Əqrəb – yay, Oğlaq – qış). Astrologiya, göy cisimləri ilə insanlar arasındakı münasibəti incələyir, ancaq elm sahəsi olaraq qəbul edilmir.

Bürc sözünün mənşəi

Bürc kəliməsi Ərəb dilindən alınmadır, bir çox qərb ölkələrində isə Yunan dilindən alınma, “heyvana məxsus” mənasına gələn ζωδιακός (zodiakos) sözündən törəmə sözlər istifadə olunur. Bürc sözünə eyni zamanda Quran-i Kərimdə də rastlamaq olar, belə ki, 87-ci Surə belə başlayır: “And olsun o bürclərlə dolu göyə

Əsas bürc qrupları

Astrologiyada bürclər, hər birində üç bürc olmaq üzərə, dörd qrupa ayrılır: Atəş, torpaq, hava və su:

  • Atəş bürcləri: Qoç, Şir Oxatan
  • Torpaq bürcləri: Buğa, Qız Oğlaq
  • Hava bürcləri: Əkizlər, Tərəzi Dolça
  • Su bürcləri: Xərçəng, Əqrəb Balıq

Ulduz və tropik astrologiya

Astral xəritə

Ulduz və tropik astrologiyası, ili təyin etmək üçün istifadə edilən iki termindir. Hər ikisi Yerin Günəş ətrafında hərəkət müstəvisini bir neçə “bürc”ə bölür. Əsas fərqləri ondan ibarətdir ki, ulduz astrologiyası əsas olaraq sabit ulduzları alır, halbuki tropik astrologiyada əsas, müstəvinin Yerin ekvatoru ilə kəsişməsidir. Bu iki sistem bir-birinə nisbətən sabit qalmır və hər əsr bir-birindən 1.4 qövs dərəcəsi uzaqlaşır.

Səhifəmizdə bürclərin xarakterik xüsusiyyətləri haqda ətraflı məlumat əldə edə bilərsiniz.

Əlavə məlumat: Wikipedia – Bürc , Wikipedia – Zodiac